Eldar Mahmudovun milyonluq holdinqi ”“ ŞOK FAKTLAR

Hazırda oxunan: Eldar Mahmudovun milyonluq holdinqi ”“ ŞOK FAKTLAR

101707

Oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudova bağlı olan iri biznes qurumlarından birinin adı açıqlanıb. Kifayət qədər çoxşaxəli fəaliyyət sahələri olan şirkətə birbaşa keçmiş nazirin oğlunun rəhbərlik etdiyi bildirilir.

 

“Marja”x9dnın xəbərinə görə, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal”x9d holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

 

Saytın araşdırması nəticəsində məlum olub ki, “Caspian Crystal”x9d bir neçə istiqamətdə ixtisaslaşıb - katerinq, qida, restoranlar və avtomobil satışı.

 

EKSKLÜZİV ŞƏRABLAR

 

“Kaspian Kristal”x9d şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin ”“ “Wine City”x9dnin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City”x9d mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.

 

LÜKS QƏDƏHLƏR

 

“Kaspian Kristal”x9d şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı  “Riedel Crystal”x9d şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

 

QASTRONOMLAR


"Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır.  2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy”x9d pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda “Gastronomy-1”³, “Gastronomy-2”³ və “Gastronomy-3”³ mağazaları fəaliyyət göstərir.

 

DƏBDƏBƏLİ RESTORANLAR

 

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal”x9d - “Beluga”x9d, “Salvador Dali”x9d, “Lord”x9d, “VİP”x9d, “Velluto”x9d və “Crystal Shikhovo”x9d kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

 

KATERİNQ XİDMƏTİ

 

“Caspian Crystal”x9d şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi, neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

 

LÜKS AVTOMOBİLLƏR

 

Azərbaycanda  “Range Rover”x9d, “Jaguar”x9d, “Maserati”x9d avtomobillərinin və “Dicati”x9d motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors”x9d şirkəti də  “Caspian Crystal”x9d holdinqə bağlıdır.

 

“Caspian Crystal”x9dın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal”x9d plazada yerləşir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin