WUF13: SPECA Forum işə başladı - FOTO
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində SPECA Forum işə başlayıb.
Bizim.Media xəbər verir ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) üzrə “İnklüziv və davamlı şəhər gələcəyi üçün şəhərlərin mənzil həlləri” adlı forumda SPECA-ya üzv ölkələrdə şəhərsalma məsələlərinə dair müzakirələr aparılır.
SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirmək üçün 1998-ci ildə başlayıb. SPECA ölkələri Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Birləşmiş Millətlər Təşkilatının Avropa İq...