Mikayıl Cabbarov: “Vaxtilə Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi”

Hazırda oxunan: Mikayıl Cabbarov: “Vaxtilə Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi”

614278

"1991-ci ilin mayında Azərbaycan müstəqillik və sonrakı dövlət quruculuğu kimi çətinliklərlə üzləşib".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası" adlı tədbirdə çıxışı zamanı qeyd edib.

"Müstəqillik 1991-ci ilin mayında elan edildikdən sonra Azərbaycan Sovet İttifaqının tərkibindən ayrıldı. Sovet dövründə qeyri-rəsmi yaşayış məntəqələri (gecəqondular) müəyyən dərəcədə mövcud olsa da, dövlət tərəfindən tanınmırdı.
 

1991-ci ilin mayında Azərbaycan müstəqillik və sonrakı dövlət quruculuğu kimi çətinliklərlə üzləşib. Bu proses Azərbaycan ərazilərinin işğalı, qaçqınların sayının davamlı artması, Ermənistanda yaşayan azərbaycanlı etnik icmasının vəziyyəti, eləcə də işğal olunmuş Azərbaycan ərazilərindən olan məcburi köçkünlər problemi ilə müşayiət olunurdu. Növbəti onillik ərzində baş verən proseslər sosial miqrasiyaya səbəb oldu. Xüsusilə iqtisadi çətinliklər bu prosesi daha da sürətləndirdi.


Demoqrafik bum yaşanmasına baxmayaraq, əhalinin sayı sonrakı illərdə 7 milyondan 10 milyona yüksəldi. Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi. Ölkə ciddi sosial-iqtisadi çətinliklərlə üz-üzə qalmışdı və 1990-cı illərin sonuna qədər bu problemlərin həlli əsas prioritetlərdən biri idi".

Nazir qeyd edib ki, 2003-cü ildən etibarən ölkə iqtisadiyyatında sabitləşmə prosesi başladı:

"Çadır düşərgələri artıq ləğv olundu, eyni zamanda klassik qeyri-rəsmi yaşayış məskənləri məsələsinə də diqqət yetirilməyə başlandı. 2003–2020-ci illər növbəti inkişaf mərhələsi oldu. 2020-ci ildən etibarən isə Böyük Qayıdış prosesi başladı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir.

Biz hansı nəticələri çıxardıq?

İlk növbədə inanırıq ki, problemi düzgün tanımaq lazımdır. Problemi anlamaqla yanaşı, onun həlli yolları da müəyyən edilməlidir. Burada siyasi, sosial və iqtisadi aspektlər üzrə kompleks həll yolları ortaya qoyulmalıdır. Dövlətin əsas iradəsi və məqsədi məhz bu problemlərin həllinə yönəldi".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin