Tramp ailəsinə ömürlük toxunulmazlıq verildi – YENİ QƏRAR

Hazırda oxunan: Tramp ailəsinə ömürlük toxunulmazlıq verildi – YENİ QƏRAR

614309

ABŞ Prezidenti Donald Tramp, onun ailə üzvləri və biznes strukturlarına vergi yoxlamaları və araşdırmalarla bağlı toxunulmazlıq verilib.

Bizim.Media “Al Jazeera” nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yayımladığı direktivdə bildirilib.

Qərar Trampın Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı 10 milyard dollarlıq iddianı geri götürməsi ilə bağlı razılaşmaya əlavə olaraq qəbul edilib.
 

Sənəddə qeyd olunur ki, Tramp və ailəsi ilə bağlı vergi məsələləri üzrə “hazırda davam edən və ya gələcəkdə açıla biləcək” bütün araşdırmalar qadağan edilir və hüquqi təqibdən “daimi olaraq kənarlaşdırılır”.


Qərar ABŞ-da ciddi mübahisələrə səbəb olub. Demokratlar Partiyasının nümayəndələri bunu korrupsiya və özünə xidmət kimi qiymətləndirərək sərt tənqid ediblər.

Vergi və hüquq ekspertləri isə bu addımı “misilsiz” və ABŞ vergi sistemində presedentsiz bir qərar kimi dəyərləndirirlər. Onların sözlərinə görə, bu vəziyyət Tramp və ailəsini digər vergi ödəyicilərindən fərqləndirir.

Qeyd edək ki, ABŞ qanunlarına əsasən prezidentlər vergi bəyannaməsi təqdim etməyə və audit prosesindən keçməyə borcludurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin