Xalq artisti, əfsanəvi aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi, azərbaycanlı aktyor Eldar İsgəndərov beynəlxalq uğura imza atıb. O, Kann Film Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən biri sayılan “Club Kid” filmində rol alıb.
Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, əslən Azərbaycandan olan aktyor Niderland və Belçikada böyüyüb.
Eldar İsgəndərov ABŞ-nin Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur.
O, ötən il məşhur rejissor Qrant Singerin “Reenactment” adlı bədii filminin aktyor heyətinə daxil edilib. Bundan əvvəl isə “A24” və “Fruit Tree” studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada rol alıb.

Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
09:04 / 20.05.2026
“Kann”da hamını heyran edən azərbaycanlı aktyor kimdir? – DOSYE
Hazırda oxunan: “Kann”da hamını heyran edən azərbaycanlı aktyor kimdir? – DOSYE
Hazırda oxunan: “Kann”da hamını heyran edən azərbaycanlı aktyor kimdir? – DOSYE
614259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































