Günay Əliyevaya vəzifə verildi

Hazırda oxunan: Günay Əliyevaya vəzifə verildi

614310

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində yeni kadr təyinatı olub.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Günay Əliyeva mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, daha öncə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəzrin Adıgözəlzadə olub. O, fevralın 17-də öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin