Paşinyan Putinlə dostluğundan danışdı

Hazırda oxunan: Paşinyan Putinlə dostluğundan danışdı

614302

"Rusiya Prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri biz təxminən 200 telefon danışığı aparmışıq. Ümumiyyətlə, Rusiya liderinin 2018-ci ildən bu yana digər xarici rəhbərlərlə daha çox təmasının olduğuna şübhə edirəm. Rusiyaya münasibətimiz çox istidir".

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Lori vilayətində seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşündə deyib.
 

Hökumət başçısı Rusiyanın fövqəldövlət olduğunu və "ona hörmətlə yanaşılmasının vacibliyini" xatırladıb. Eyni zamanda, Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiya maraqlarına görə öz ölkəsinin maraqlarından imtina etmək niyyətində deyil, lakin rəsmi İrəvan Kremllə qarşıdurmaya girmək fikrindən də uzaqdır.


Baş nazir həmçinin əlavə edib ki, "Paşinyan seçkilərdən dərhal sonra Rusiyaya müharibə elan edəcək" deyə qışqıran revanşistlər təcili olaraq özlərinə yeni ssenarilər yazmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin