“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

Hazırda oxunan: “Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

614279

Növbəti mövsüm üçün transferlərə atrıq indidən başlayan “Qarabağ” bir futbolçunun keçidindən imtina edib.

Bizim.Media xəbər verir ki, söhbət ispaniyalı hücumçu Adrian Butskedən gedir.
 

Portuqaliyanın “Maritimu” klubunun üzvü olan 27 yaşlı futbolçu ilə danışıqlar artıq dayandırılıb. “Qarabağ”ın transferdən imtina etməsinin səbəbi daha yaxşı variantların ortaya çıxmasıdır. Digər bir səbəb isə Adrian Butskenin cinahlarda oynaya bilməməsi ilə bağlıdır.


Qurban Qurbanov hər iki cinahda oynaya bilən hücumçu axtarışında olduğu üçün “Qarabağ” digər hücumçularla danışıqlara yönəlib. Artıq Ağdam klubu Butskenin transferinə sonuncu variant kimi baxır.

Qeyd edək ki, Adrian Butske “Maritimu”ya qədər İspaniyanın “Qranada”, Portuqaliyanın “Pasuş de Ferreyra”, “Vitoriya Gimaraynş”, “Nasional” və “Mirandes” klublarında da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin