Qarabağla bağlı sənədli film WUF13-də NÜMAYİŞ ETDİRİLDİ

Hazırda oxunan: Qarabağla bağlı sənədli film WUF13-də NÜMAYİŞ ETDİRİLDİ

614327

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim edilib.

Film barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsinin İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib ki, sənədli filmdə Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “Ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb:

"Film Vətən müharibəsinin 5 illiyinə həsr olunub, 2025-ci ildə istehsal edilib. Burada əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsi real təsvir etmək idi. Biz görülən işləri, işğaldan azad olunmuş ərazilərə köçən insanların hekayələri əsasında sadə dillə onların təəssüratlarını təqdim etmişik".

O, filmin çəkilişlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparıldığını qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin