Şəmkirdə bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.
Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.
Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bədbəxt hadisə nəticəsində ölən Göygöl rayon sakini, 44 yaşlı İlqar Quliyevdir. Xəsarət alan isə Şəmkir rayonu Yeni Yol kənd sakini, 53 yaşlı Ələddin Bayramovdur. (Lent.az)
Bizim.Media




































































































