Çin Xalq Respublikasının Sədri Si Cinpin Yaxın Şərqdə vəziyyətin müharibə ilə sülh arasında kritik mərhələdə olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Si Cinpin bunu Rusiya-Çin danışıqları zamanı deyib.
Onun sözlərinə görə, Yaxın Şərq və Fars körfəzi regionunda vəziyyət olduqca həssasdır və bu şəraitdə danışıqlar yoluna sadiq qalmaq xüsusi əhəmiyyət daşıyır.
Çin lideri bildirib ki, hərbi əməliyyatların dayandırılması təxirəsalınmaz məsələdir və münaqişənin yenidən alovlanmasına yol vermək olmaz.
Si Cinpin vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin tezliklə dayandırılması enerji resurslarının sabit tədarükü, istehsal və logistika zəncirlərinin normal fəaliyyəti, həmçinin beynəlxalq ticarət üçün riskləri azalda bilər.
O, həmçinin dünyanın “cəngəllik qanunları”na qayıdış təhlükəsi ilə üzləşdiyini qeyd edib və Çin-Rusiya dostluq və əməkdaşlıq müqaviləsinin əhəmiyyətinin daha da artdığını bildirib.
Bizim.Media





































































































