ÜST-dən həyəcan TƏBİLİ: "Ebola" sürətlə yayılır

Hazırda oxunan: ÜST-dən həyəcan TƏBİLİ: "Ebola" sürətlə yayılır

614244

Hazırda “Ebola”ya yoluxma şübhəsi olan 500-dən çox hal qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasının iclasında bəyan edib.

Onun sözlərinə görə, infeksiya səbəbindən 131 nəfər dünyasını dəyişib. Təşkilat virusun yayılma sürəti və miqyasından narahatlığını ifadə edib.
 

"Hazırda bizə "Ebola"ya 500-dən çox şübhəli yoluxma halı və 130-dan çox şübhəli ölüm faktı məlumdur", — deyə Qebreyesus bildirib.


Qeyd edək ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri Konqo Demokratik Respublikasının şərqində "Ebola"dan ölənlərin sayının 136 nəfərə çatdığını bildirmişdi. Onların açıqlamasına görə, ehtimal olunan yoluxma hallarının sayı 336-ya çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin