ABŞ İrandakı məktəbə zərbə ilə bağlı: “Araşdırmaq mürəkkəbdir”

Hazırda oxunan: ABŞ İrandakı məktəbə zərbə ilə bağlı: “Araşdırmaq mürəkkəbdir”

614249

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin yüksəksəviyyəli komandanı, müharibənin ilk günündə İranda 155 nəfərin ölümü ilə nəticələnən məktəbə endirilmiş zərbəyə görə məsuliyyəti boynundan atıb və araşdırmanın hələ də "mürəkkəb" olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper Konqresin Nəzarət Komitəsinə bəyan edib ki, məktəbin özü SEPAH-ın aktiv qanadlı raket bazasında yerləşib və bu səbəbdən istintaq standart zərəbədən daha mürəkkəbdir.


İran dövlət mediasının məlumatına görə, fevralın 28-də Minab şəhərindəki məktəbə endirilən zərbə nəticəsində 73 oğlan, 47 qız, 26 müəllim, yeddi valideyn, bir məktəb avtobusunun sürücüsü və daha bir yetkin şəxs həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin