İngiltərənin “Arsenal” klubu uzun fasilədən sonra Premyer Liqada çempionluğunu rəsmiləşdirib.
Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, komandanın qələbəsi Şimali Londonda minlərlə azarkeşin küçələrə çıxaraq böyük bayram etməsinə səbəb olub.
Çempionluq “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra rəsmiləşib. Bu nəticə “Arsenal”ın turnir cədvəlində liderliyini təmin edib və komanda mövsümün bitməsinə bir tur qalmış titulu qazanıb.
Azarkeşlər “Emirates” stadionu ətrafında toplaşaraq fişənglər yandırıb, klub şüarları səsləndirib və 22 ildir gözlənilən çempionluğu böyük coşqu ilə qeyd ediblər.
Qeyd edək ki, bu, “Arsenal”ın Premyer Liqadakı 14-cü çempionluğudur.
Bizim.Media



































































































