Dima Al-Khatib: “Qlobal Cənub QHT platforması son dərəcə vacibdir”

Hazırda oxunan: Dima Al-Khatib: “Qlobal Cənub QHT platforması son dərəcə vacibdir”

614307

“Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır və yeni Qlobal Cənub QHT Platforması Qlobal Cənub ölkələrinin qeyri-hökumət təşkilatlarını bir araya gətirəcək”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib WUF13- çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı sahəsində ilk təşəbbüsü deyil, lakin bu platforma xüsusilə vacibdir, çünki Qlobal Cənub üzrə QHT-lərin səslərini daha güclü şəkildə ifadə etməyə imkan yaradır. Buraya ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətlər, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr daxildir" - deyə BMT-nin nümayəndəsi bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin