“Qarabağ” Elvini kollektiv tədbirə dəvət etmədi - FOTOLAR

Hazırda oxunan: “Qarabağ” Elvini kollektiv tədbirə dəvət etmədi - FOTOLAR

614306

Ötən axşam “Qarabağ” 2025/26 mövsümünün yekunlarına həsr olunan tədbir keçirib.

Bizim.Media xəbər verir ki, tədbir klubun prezidenti Tahir Gözel, idarə heyətinin üzvləri, klubun məşqçi və futbolçularının iştirakı ilə təşkil edilib.

Klubun UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi bu ilki mövsüm və növbəti mövsümün planları ətraflı müzakirə edilib. Lakin tədbirə klubun avrokuboklardakı uğurlarında da pay sahibi olan Elvin Cəfərquliyevi dəvət etməməsi diqqətdən qaçmayıb.
 

Müdafiəçinin kollektiv tədbirindən kənarda qalması azarkeşlərin narazılığına səbəb olub. Azarkeşlər klubun sosial şəbəkə hesablarındakı rəy bölümündə 25 yaşlı futbolçuya dəstək verib, onun dəvət edilməməsini haqsızlıq olaraq qiymətləndiriblər.


Qeyd edək ki, E.Cəfərquliyev daxili intizam qaydalarını pozması səbəbilə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilib. Ona qarşı göstərilən münasibət “Qarabağ”ın futbolçunu növbəti mövsümdə heyətində oynatmayacağına dair iddiaları gücləndirir.

Xatırladaq ki, mövsüm ərzində ümumilikdə bütün turnirlərdə 42 matçda meydana çıxan futbolçu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin