SON DƏQİQƏ! Zaqatalada zəlzələ baş verdi
Bu gün yerli vaxtla saat 14:51 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 4.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Dağıntı və tələfat yoxdur.
Bizim.Media...