Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
"Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:18 / 01.10.2026
Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ
Hazırda oxunan: Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ
Hazırda oxunan: Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ
639786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































