Azərbaycan ADEX-2026 sərgisində Türkiyənin "Baykar" şirkəti ilə uzaqmənzilli MIZRAK kamikadze dronunun tədarükünə dair saziş imzalayıb və bu modelin ilk xarici alıcısı olub.
Bizim.Media "TURDEF"ə istinadən xəbər verir ki, "MIZRAK" radar hədəfləmə sistemi ilə təchiz edilə bilər.
Dron "SİVRİSİNEK" və "K2" modellərindən sonra təqdim edilib. Hər üç aparat "Baykar"ın birdəfəlik istifadə üçün nəzərdə tutulan uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları xəttinə daxildir.
"MIZRAK"ın malik olduğu modul konstruksiya onun həm də antiradar döyüş sursatı kimi istifadəsinə imkan verir.
"MIZRAK"ın modul bölməsində hər biri 20 kq-lıq iki döyüş başlığı və ya passiv radiotezlikli özütuşlanan başlıqla birlikdə 20 kq kütləyə malik bir döyüş başlığı yerləşdirilə bilər.
Bizim.Media




































































































