İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

Hazırda oxunan: İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

639692

İranda ilk dəfə olaraq "Canfəda" ("İran naminə fədakarlıq") könüllü kampaniyası çərçivəsində seçilmiş qadın iştirakçılar üçün hərbi hazırlıq kursu keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.

Təlim Tehranın İmam Hüseyn meydanındakı hazırlıq mərkəzində baş tutub. Proqramın iştirakçıları ölkə daxilində genişlənən könüllü səfərbərlik kampaniyası çərçivəsində hazırlıq keçiblər.

Bu kampaniya vətəndaşlara hərbi vərdişlərin, eləcə də fövqəladə hallarda fəaliyyət qaydalarının öyrədilməsini nəzərdə tutur.

Sözügedən kurs "Canfəda" kampaniyasında iştirak edən qadınlar üçün ilk tədbirdir. İran hakimiyyəti hərbi münaqişələr və fövqəladə hallar şəraitində fəaliyyət göstərməyə qadir olan könüllülərin sayını artırmaq səyləri fonunda bu proqramı inkişaf etdirir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin