Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Hazırda oxunan: Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

639794

Ağstafa rayonunda məktəbdə dava olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə səbəbin dərs bölgüsü olduğu bildirilir. S.Əhmədovanın builki dərs saatı az olub və o, bunun günahını müəllim həmkarında görüb.

Nəticədə hər iki xanım arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin