BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
Bizim.Media xəbər verir ki, bu günün təsis olunmasında məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.
Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.
Ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması üçün ardıcıl işlər görülür.
Azərbaycanın böyüklərə yüksək hörmət, yaşlılara ehtiram ənənəsindən irəli gələrək istər ailədə, istərsə də cəmiyyətdə ahıllara xüsusi dəyər verilir, onların həyat təcrübələri gənc nəslə örnək kimi ötürülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:28 / 01.10.2026
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
Hazırda oxunan: Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
Hazırda oxunan: Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
639763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































