Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Hazırda oxunan: Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

639771

ABŞ-da endemik birə yatalağının yayılması ilə bağlı diqqət çəkən vəziyyət yaranıb. Xəstəlik ilkin mərhələdə adi soyuqdəymə və ya qripə bənzədiyi üçün onun müəyyən edilməsi çətinləşə bilər.

Bizim.Media xəbər verir ki, həkim Nadejda Çernışova "Aif.ru"ya açıqlamasında birə yatalağının yüksək hərarət, baş ağrısı və əzələ ağrıları ilə müşayiət olunduğunu bildirib.

Onun sözlərinə görə, infeksiya həşərat dişləmələri vasitəsilə yayılır və klassik yatalaqla müqayisədə daha yüngül keçir. Xəstəlik zamanı ağırlaşmalar və ölüm halları olduqca nadir hesab edilir.

 

Mütəxəssis qeyd edib ki, birə yatalağı qripə bənzər simptomlarla başlayır. Daha sonra səpgi yarana bilər, lakin bu əlamət xəstələrin hamısında deyil, təxminən yarısında müşahidə olunur. Xəstəlik antibakterial preparatlarla müalicə edilir.



Məlumata görə, ABŞ-ın Los-Anceles şəhərindəki Uilşir-Senter rayonunda xəstəliyin 7 halı aşkarlanıb. Bununla əlaqədar Rusiyada sərhəd nəzarətinin gücləndirildiyi və “Perimetr” sisteminin tətbiq olunduğu bildirilib. (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin