Türkiyə Bələdiyyələr Birliyinin və Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçər "korrupsiya" istintaqı çərçivəsində nəzarətə götürülüb. Onun evində axtarış aparıldığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.
Mənbə qeyd edir ki, Mersində bələdiyyələrə qarşı aparılan əməliyyat zamanı Vahap Seçərlə yanaşı, Yenişehir bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer də daxil olmaqla ümumilikdə 59 nəfər saxlanılıb.
İstintaq materiallarına əsasən, Mersin Böyükşəhər Bələdiyyəsindəki 13 tender və 63 birbaşa satınalmada ümumilikdə 330 milyon 945 min lirəlik dövlət zərəri müəyyən edilib.
İlkin qiymətləndirmələrə görə, Mezitli Bələdiyyəsində bu rəqəmin 1 milyard 10 milyon 914 min TL-yə, Yenişehir Bələdiyyəsində isə 105 milyon TL-yə çatdığı bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
10:20 / 01.10.2026
Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı
Hazırda oxunan: Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı
Hazırda oxunan: Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı
639766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































