Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləridir.
Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il oktyabrın 1-dən qüvvəyə minib
Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir.
Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:57 / 01.10.2026
“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU
Hazırda oxunan: “TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU
Hazırda oxunan: “TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU
639777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































