Dəhşətli virus YAYILIR – Yoluxan hər iki nəfərdən biri ölür
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib.
Bizim.Media xəbər verir ki, bu barədə "SBS News" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə Regional Bürosunun (AFRO) məlumatlarına istinadən bildirib.
AFRO bildirib ki, bu ilin 18 avqustuna olan məlumata görə, KDR-də Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 5 021-ə çatıb, o cümlədən 2 378 ölüm halı qeydə alınıb ki, bu da ölüm hallarının 47,4 %-ni təşkil edir.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Fövqəladə Hallar Komitəsinin 18 avqustda keçirilən iclasında bildirib ki, epidemiya misli görünməmiş dərəcədə sürətlə yayılması səbəbindən nəzarət altına al...