Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Hazırda oxunan: Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

631797

Avropanın ən böyük çaylarından biri olan Dunayda su axınının kəskin azalması ciddi narahatlıq yaradıb. Çayın Rumıniya ərazisinə daxil olduğu hissədə su sərfi saniyədə 1 350 kubmetrə düşüb. Bu göstərici avqust ayının uzunmüddətli orta səviyyəsindən təxminən üç dəfə aşağıdır.

Bizim.Media xəbər verir ki, uzun müddətdir davam edən güclü istilər və yağıntı çatışmazlığı Dunayda suyun dayazlaşmasına səbəb olub. Çayın bəzi hissələrində suyun geri çəkilməsi nəticəsində qum adaları və əvvəllər görünməyən çay yataqları üzə çıxıb.
 

Mütəxəssislər qarşıdakı günlərdə su axınının saniyədə 1 300 kubmetrə qədər azalacağını proqnozlaşdırırlar. Alplardakı qar və buz ehtiyatlarının yüksək temperatur səbəbindən sürətlə əriməsi də çayın əsas su mənbələrindən birinin zəifləməsinə səbəb olub.


Suyun səviyyəsinin aşağı düşməsi nəqliyyata da təsir göstərir. Dayazlaşma Dunayda yük və sərnişin daşımalarını çətinləşdirir. Çayın dibində İkinci Dünya müharibəsindən qalan bəzi batmış gəmilər də onilliklər sonra yenidən üzə çıxıb.

Su qıtlığı enerji sektorunda da problemlər yaradır. Çaydakı su səviyyəsinin kritik həddə enməsi bəzi elektrik stansiyalarının soyutma və enerji istehsalı proseslərinə təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, ekstremal istilər, uzunmüddətli quraqlıq və qar-buz ehtiyatlarının azalması kimi amillərin eyni vaxtda baş verməsi Avropanın əsas su arteriyalarından biri olan Dunay üçün ciddi risklər yaradır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin