Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

Hazırda oxunan: Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

631787

Avropa Voleybol Konfederasiyası (CEV) avqustun 21-28-i aralığında Bakıda keçiriləcək qadınlar arasında Avropa çempionatının oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Hakimlər briqadası 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimlərdən ibarətdir:

Qoren Roy (İsrail) – Baş hakim (hakimlərin fəaliyyətini qiymətləndirəcək)

Vladimir Çvetkoviç (Serbiya) – Challenge (Çelenc) hakimi

Erdal Akıncı (Türkiyə) – Hakim

Helena Persson (İsveç) – Hakim

Mikele Brunelli (İtaliya) – Hakim

Bartlomey Adamçık (Polşa) – Hakim

Dominik Bieqaylo (Böyük Britaniya) – Hakim

CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar.

Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupu qarşılaşmalarını idarə etməyəcəklər.

Qeyd edək ki, C qrupunun bütün oyunlarında Challenge (Çelenc) sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin