Gömrüklə bağlı QANUN DƏYİŞİR - Əlavə sənədlər TƏLƏB OLUNACAQ
Texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişiklik Gömrük Məcəlləsinin 9.0.5-ci və 92.2.3-cü maddələrinə edilir və "Texniki tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun tərtib olunan uyğunluq sənədlərinin gömrük prosedurlarında istifadəsin...