Yol polisi sürücülərə müraciət etdi
“Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyə...