Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi:
- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.
Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz...