Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Hazırda oxunan: Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

620206

Azərbaycanda hərbi qulluqçuların əmək haqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.

Bizim.Media Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır.

İddiaya əsasən, yeni sistemdə əmək haqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.

Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.
 

Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əmək haqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.


Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.

İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər.

Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin