"Bozun 50 çaları" ən pis film seçildi

Hazırda oxunan: "Bozun 50 çaları" ən pis film seçildi

123940
“Bozun 50 çaları”x9d melodramı ilin ən pis filmi seçilib. ANS PRESS-in məlumatına görə, Los-Ancelesdə 36-cı “Qızıl moruq”x9d mükafatlandırma mərasimi baş tutub. Mərasimdə rejissor Sem Teylor-Consonun “Bozun 50 çaları”x9d filmi aldığı mükaftlar sayına görə rekord qırıb.

Lentin ilin ən pis filmi elan edilməsindən savayı, baş rolların ifaçıları Dakota Conson və Ceymi Dornana müvafiq olaraq “Ən pis aktrisa”x9d və “Ən pis aktyor”x9d nominasiyalarında “qalib”x9d gəliblər. Onlar həmçinin Amerikanın ən uğursuz aktyor cütlütü seçiliblər. Film həmçinin ssenari müəllifinə görə də ən pis mükafata layiq görülüb.

“Fantastik dördlük”x9d filmi həmçinin ilin ən pis lenti seçilib. Onun rejissoru Coş Trank ən zəif rejissorluğa görə “mükafat”x9d alıb.

“Ən pis ikinci dərəcəli aktyor”x9d nominasiyasında isə Böyük Britaniyalı aktyor Eddi Redmeyn “qalib”x9d gəlib. Aktyor bu ada “Dirçəliş Yupiter”x9d filmindəki rola görə layiq görülüb. Ötən il Redmeyn “Stiven Xokingin kainatı”x9d filmində alim Stiven Xokingin obrazını canlandırdığı üçün “Oskar”x9d mükafatı alıb.

“Ən pis ikinci dərəcəli aktrisa”x9d adını isə Keyli Kuoko "Elvin və burunduklar: möhtəşəm macəra" filmində burundukların birini səsləndirdiyinə görə alıb.

Mükafatlandırma mərasiminin yeganə müsbət nominasiyası olan və keçmiş “Qızıl moruq”x9d mükafatçılarına şamil edilən “Nüfuzun ən yaxşı bərpa edilməsi”x9d nominasiyasında isə Hollivud ulduzu Silvester Stallone qalib gəlib. Stallone bu mükafata “Krid: Rokkinin irsi”x9d filmində canlandırdığı əfsanəvi Rokki obrazına görə layiq görülüb. Bu rola görə aktyor artıq “Qızıl Qlobus”x9d alıb və “Oskara”x9d namizədliyi irəli sürülüb.xa0

Silvester
“Qızıl moruq”x9d mükafatı 1980-ci ildə təsis edilib.xa0 Nominantları 20 ölkədən və Amerika ştatlarından olan 700 nəfərdən ibarət eyniadlı fond seçir. Mükafata ABŞ və Kanandada çəkilən filmlər layiq görülə bilərlər.xa0 Moruq formasında hazırlanan və qızılı rəngə boyanan dəyəri 5 dollardan az olan heykəlciyi Silvestr Stallone ilə yanaşı xa0Kevin kostner, Şeron Stoun, Holli Berri kimi məşhur aktyorlar xa0alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin