Röya: "Əməyimə qiymət verildiyi üçün minnətdaram"

Hazırda oxunan: Röya: "Əməyimə qiymət verildiyi üçün minnətdaram"

113979
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, müğənni Röyalə Yaqub qızı Nəcəfova (Röya) "Əməkdar artist" adına layiq görülüb.

Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, çox xoşbəxtdir:

"Prezidentimiz İlham Əliyevə məni bu ada layiq gördüyü üçün təşəkkür edirəm. Çox xoşbəxtəm. Mən bu yola doğru gedirdim, əziyyət çəkirdim. Əməyimə qiymət verildiyi üçün minnətdaram. Uğuruma sevinən, məni təbrik edən hər kəsə təşəkkür edirəm". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin