Müğənnilər 85 desibel qərarına nə dedi? - Sorğu

Hazırda oxunan: Müğənnilər 85 desibel qərarına nə dedi? - Sorğu

106145
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni hazırladığı sənədə əsasən şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır.
 
Axar.az bu qərarla bağlı tanınmış müğənnilərin fikrini öyrənib:
 
Xalq artisti Faiq Ağayevin fikrincə, bu qərar toyların daha maraqlı keçməsinə səbəb olacaq:
 
“Əlbəttə ki, bu qərarı dəstəkləyirəm. Çünki hər hansı bir toyda qonaq qismində və ya müğənni kimi iştirak etdiyim zaman qarşımda oturan insanın sözlərini eşidə bilirəmsə, bundan gözəl nə ola bilər? Düzdür, toylarda biz özümüz desibeli ölçə bilmirik. Amma mən müğənni kimi iştirak etdiyim toylarda çalışıram ki, səs insanları narahat edəcək dərəcədə olmasın. Bu qərarı alqışlayıram”x9d.
 
Əməkdar artist Lalə Məmmədovanın sözlərinə görə, hətta 85 desibel səs gücü də çoxdur:
 
“Məncə, 85 desibel də bəzən çox olur, 70-75 arası daha yaxşıdır. Ondan çox olanda artıq musiqi öz təsir gücünü itirir. Diskotekalarda olan səs bizim toylarımızda olan səsdən bəzən daha aşağı olur. Bu qərarın qəbul olunmasını dəstəkləyirəm. Çünki son vaxtlar toylarda səsin yüksəkliyi 110-120 desibelə çatmışdı, bu da dözülməz haldır”x9d.
 
Müğənni Ayan Babakişiyeva bildirib ki, qərarın effektli olması şadlıq evlərindən asılıdır:
 
“Ümumiyyətlə, hər şeyi müğənninin və səs rejissorunun üzərinə atmaq olmaz. Çünki bu gün çox nadir şadlıq evlərinin səs akustikası normaldır. Ona görə də birinci akustika düzgün olmalıdır ki, səslənmə nə çox olsun, nə də az. Restoranlar düzəlməsə, qərarın bir effekti olmayacaq”x9d.
 
Əməkdar artist Abbas Bağırova görə, əksər şadlıq evləri akustik normalara riayət etmir:
 
“Mənim iştirak etdiyim toylarda həmişə musiqinin desibeli 50-60 arasında olub. Fikrimcə, çox düzgün bir qərardır. Çünki indi ancaq bərbəzəkli, gözəl görünüşlü şadlıq evləri tikilir. Təəssüf ki, burada heç bir akustik normalara riayət olunmur. Buna görə də mən bu qərarı dəstəkləyirəm”x9d.
 
Şadlıq evlərində səs gücünün çox olmasının insana mənfi təsirləri ilə bağlı məlumat almaq üçün Mərkəzi Klinikanın lor həkimi Aybəniz İbrahimovaya da müraciət etdik. Aybəniz xanımın sözlərinə görə, yüksək səs insan beynini zədələyir:
 
“Toyların saatları hər birimizə məlumdur. Günün sonunda ”“ ən yorğun olan vaxtda insanlar toya gedir və orada yüksək səslə qarşılaşır. Bütün günü işdə, dərsdə, müxtəlif yerlərdə yorulan insan beyni və eşitmə sistemi yüksək səslə qarşılaşdıqda daha da zədələnir. Bundan əlavə, yüksək səsə məruz qalmaq insanın eşitmə qabiliyyətini də zamanla azaldır. Yalnız toylarda deyil, səs yüksəkliyi diskotekalarda da azaldılmalıdır”x9d.
 
Xatırladaq ki, bəzi şadlıq evlərinin rəhbərləri Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni hazırladığı sənədlə razılaşmadıqlarını bildirmişdilər.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin