Moderator.az xəbər verir ki, Ümumrisiya Azərbaycanlıları Konqresinin Moskva Vilayəti üzrə katibi Araz Oqtay oğlu Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə komitəsinin ekspertlər birliyinin üzvü seçilib.
Rusiya Dövlət Dumasının deputatı, elm xadimi, professor, Dumanın Milli Məsələlər üzrə katibi Səfərəliyev Hacımət Kərim oğlunun 22 iyun 2015-ci il tarixli N 3.18-5/71-2 qərarına əsasən, “Xalqlar Dostluğu”x9d fondunun təəsisçisi və rəhbəri, “Günay”x9d kommersiya firmasının rəhbəri, “Amur”x9d tikinti kompaniyasının baş direktoru Araz Oqtay Oğlu Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin ekspertlər birliyinin üzvü seçilib.
Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə komitəsi özlüyündə dövlət və ictimai birliklərin elmi birliklərini öz təşkilatı altında birləşdirir.
Araz Oqtay Oğlu Mürsəliyev təmsil olunduğu Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə ekspertlər komitəsində fəal işi ilə önə çıxmağı bacararaq qurumun keçirdiyi tədbir və iclaslarında öz təşkilatçılıq bacarığını nümayiş etdirib.







































































































