Meyvəsindən çox yarpağı qazanc gətirir... – Xarici ölkələrə də SATIRLAR - FOTO

Hazırda oxunan: Meyvəsindən çox yarpağı qazanc gətirir... – Xarici ölkələrə də SATIRLAR - FOTO

613251

Türkiyənin Mersin vilayətinin Alaşehir rayonunda üzüm yığımı öncəsi fermerlərin əsas gəlir mənbələrindən biri sayılan üzüm yarpağı mövsümü başlayıb.

Bizim.Media xəbər verir ki, səhərin ilk saatlarından etibarən bağlara üz tutan istehsalçılar “Yaprakbank” adlandırdıqları qəbul məntəqələrində məhsullarını sataraq ödənişlərini nağd şəkildə alırlar. Mövsümün ilk günlərində kiloqramı 120 lirəyə satılan üzüm yarpağı hazırda 80 lirədən alıcı tapır.
 

Dünyaca məşhur çəyirdəksiz “Sultaniyə” üzümünün yetişdirildiyi Alaşehirdə fermerlər üzüm yığımına qədər yarpaq satışından əldə etdikləri gəlirlə iqtisadi baxımdan rahat nəfəs alırlar.


Təzə və duzlu şəkildə istehlak olunan üzüm yarpağı bölgə fermerləri üçün mövsümün ilk qazanc mənbələrindən hesab olunur. Səhər tezdən bağlara girən istehsalçılar cavan və təzə yarpaqları diqqətlə toplayaraq qəbul məntəqələrinə çatdırırlar. Torbalara doldurulan yarpaqlar daha sonra yeşiklərə yerləşdirilərək topdansatışla məşğul olan sahibkarlara təhvil verilir.

Belenyaka məhəlləsində üzüm yarpağı alışı ilə məşğul olan Kadriye Kösebaş Evren bildirib ki, mövsüm məhsuldar başlayıb.

Onun sözlərinə görə, hazırda bölgədə “Sultaniyə” üzüm yarpağı 80 lirədən alınır və qiymətlər fermerləri qane edir:

“İnsanlar yarpaq mövsümünü səbirsizliklə gözləyir. Çünki məhsul yığımına qədər bütün ehtiyaclarını yarpaq satışından əldə etdikləri gəlirlə qarşılayırlar. Dərman, gübrə və yanacaq xərclərini bu pulla ödəyirlər. Alaşehir üzüm yarpağı dünya miqyasında tanınır. Yarpağın istifadə olunmadığı mətbəx demək olar ki, yoxdur”, – deyə o qeyd edib.
 

Evren həmçinin vurğulayıb ki, yarpaq yığımı zamanı üzüm salxımlarına zərər verilməməsi vacibdir. Fermerlər bağlara qulluq etməklə yanaşı əlavə qazanc da əldə edirlər.


Alaşehir Ticarət və Sənaye birliyinin sədri Mustafa Seyhan bildirib ki, məhsulun iqtisadi dəyəri ildən-ilə artır və coğrafi işarə saxta məhsulların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Mustafa Seyhanın sözlərinə görə, ötən il Alaşehir üzüm yarpağının təxminən 2 milyon kiloqramı ixrac olunub. Məhsul Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Ukrayna daxil olmaqla bir sıra ölkələrə göndərilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin