Merts Fisonun hərəkətinə görə Slovakiyaya səfərini LƏĞV ETDİ

Hazırda oxunan: Merts Fisonun hərəkətinə görə Slovakiyaya səfərini LƏĞV ETDİ

613201

Almaniya Federativ Respublikasının (AFR) kansleri Fridrix Merts Slovakiyaya planlaşdırılan səfərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Dennikn" nəşri Slovakiyanın keçmiş xarici işlər naziri İvan Korçoka istinadən məlumat yayıb.
 

Almaniyalı siyasətçinin səfəri mayın 29-da baş tutmalı idi. Nəşrin məlumatına görə, Mertsin səfərdən imtina etmək qərarı Slovakiya Baş naziri Robert Fitsonun Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etməsi ilə bağlıdır.


Baltikyanı ölkələrin müqavimətinə baxmayaraq, Slovakiya Baş naziri Qələbə Günü şərəfinə keçirilən tədbirlərdə iştirak etmək üçün yenidən Rusiya paytaxtına uça bilib.

O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb. Siyasətçilər iki dövlət arasındakı münasibətləri, Ukraynadakı münaqişəni və Avropadakı vəziyyəti müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin