Nazir Elvin Məmmədova VƏZİFƏ verdi

Hazırda oxunan: Nazir Elvin Məmmədova VƏZİFƏ verdi

613204

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elvin Məmmədov nazirliyin Strateji İnkişaf və İqtisadi Təhlil şöbəsinin müdir müavini təyin edilib.
 

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və istehlak kooperasiyaların iqtisadiyyatı və idarə edilməsi üzrə bakalavr və eyni universitetin MBA proqramı üzrə Maliyyə ixtisası üzrə təhsili alıb.


O, 2019-2022-ci illərdə "Yalama Agropark" MMC-də baş maliyyə inzibatçısı, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə "Cyber point" şirkətində Maliyyə departamentinin rəhbəri və direktor müavini kimi çalışıb.

2024-cü ilin dekabrında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədrinə yeni müşavir təyin edilib./yenisabah

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin