Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

Hazırda oxunan: Bu ərazilərdə yeni tunellər tikiləcək - VİDEO

613216

Paytaxtın ən sıx nəqliyyat qovşaqlarından biri hesab olunan Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində tunel layihəsi icra ediləcək. Məqsəd şəhər mərkəzinə daxil olan nəqliyyat axınının daha rahat bölüşdürülməsidir.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, bu barədə danışan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bildirib ki, layihə çərçivəsində Əhməd Bəy Ağaoğlu küçəsi istiqamətində yeni tunellərin tikintisi nəzərdə tutulur. Bundan başqa, ''20 Yanvar'' dairəsi ətrafında da yeniliklər olacaq.
 

Tıxacın azaldılması üçün nəzərdə tutulan digər iri layihə isə Bakı-Sumqayıt istiqamətini əhatə edir. Xüsusilə səhər və axşam saatlarında sürücülərin saatlarla vaxt itirdiyi bu yolda alternativ çıxış imkanları yaradılacaq.


Layihəyə əsasən, Bakı-Şamaxı-Yevlax yolu istiqamətində, Sulutəpə, Hökməli və Qobu ərazilərinə ''Ekoloji Nəzarət'' postuna çatmadan yeni yol ötürücüsünün tikilməsi nəzərdə tutulur. Məqsəd nəqliyyat axınının bir hissəsini alternativ istiqamətlərə yönləndirməkdir.

Anar Rzayev onu da əlavə etdi ki, Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi ətrafındakı kaotik vəziyyəti aradan qaldırmaq üçün də planlar var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin