JIVA bu gün "Avroviziya-2026"da səhnəyə çıxır

Hazırda oxunan: JIVA bu gün "Avroviziya-2026"da səhnəyə çıxır

613166

Azərbaycanı təmsil edən JIVA bu gün "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "İctimai" Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq.

"Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya "YouTube" vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.

Posterdə qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin