2026-cı il üçün plastik cərrahiyyədə TREND - Hansı istəklər var?

Hazırda oxunan: 2026-cı il üçün plastik cərrahiyyədə TREND - Hansı istəklər var?

613215

"Təbiilik 2026-cı ildə plastik cərrahiyyədə əsas trend olacaq".

Bizim.Media xəbər verir ki, bunu plastik cərrah Tatyana Aleksandra  NEWS.ru-ya verdiyi müsahibədə deyib.

O, bunu sosial medianın təsiri altında baş verən paradiqma dəyişikliyi və universal gözəllik standartlarının rədd edilməsi ilə əlaqələndirib.
 

“1990-cı və 2000-ci illərdə estetik trendlər parlaq jurnallar və “Hollivud”un gözəllik standartı ilə müəyyən edilirdi. Lakin sosial medianın və istifadəçilərin mikro-üstünlüklərini formalaşdıran alqoritmlərin inkişafı ilə vəziyyət dəyişdi. İndi plastik cərrahiyyə istəkləri daha fərdi hala gəldi. İnsanlar daha çox "mən burnumdakı donqarlığı saxlamaq, amma ucunu zərif etmək istəyirəm" deməyə meyllidirlər. Unikallıq və təbiilik arzusunu vurğulayırlar. 2026-cı ildə bu trend daha da inkişaf edəcək", - deyə həkim izah edib.


O, plastik cərrahiyyənin təcrid olunmuş bir xidmət olmaqdan çıxacağına, sağlamlıq və gözəlliyə kompleks yanaşmanın bir hissəsinə çevriləcəyinə inanır.

Həkim əlavə edib ki, diyetetoloqiya, fitnes və mental sağlamlıq kimi sahələrlə də sıx əməkdaşlıq gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin