BMT-nin Uşaq Fondu UNİCEF-in məlumatına görə, "Hizbullah" hərəkatı ilə hərbi əməliyyatların yenidən başladığı martın 2-dən bəri Livanda davam edən İsrail hücumları nəticəsində azı 200 uşaq həlak olub.
Bizim.Media bu barədə xarici KİV-ə istinadla məlumat verir.
YUNİSEF bildirib ki, aprelin 17-dən qüvvədə olan atəşkəsə baxmayaraq, müharibədən zərər çəkmiş bu ölkədə təkcə son bir həftə ərzində azı 59 uşaq öldürülüb və ya yaralanıb.
"Livandakı uşaqlar davam edən zorakılıqdan, məcburi köçkünlükdən və travmatik hadisələrdən əziyyət çəkməkdə davam edirlər", - BMT agentliyinin açıqlamasında deyilir.
Martın 2-dən bəri uşaqlar arasında ümumi qurbanların sayı 200 ölü və 806 yaralıya çatıb ki, bu da hər gün təxminən 14 uşağın həlak olması və ya yaralanması deməkdir.
Bizim.Media



































































































