18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi - FOTO

Hazırda oxunan: 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi - FOTO

613179

Daha 18 ukraynalı uşaq reabilitasiya və bərpa üçün Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.
 

"Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri artıq 594 uşaq Azərbaycanın qayğısını, həmrəyliyini və qonaqpərvərliyini görüb", - paylaşımda bildirilib.


Paylaşımın sonunda dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Qeyd edək ki, aprelin 19-da 29 ukraynalı uşaq və üç müşayiətçi psixoloji, sağlamlıq reabilitasiyası üçün Azərbaycana gəlib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin