Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

Hazırda oxunan: Kansler postumdakı gərginliyin öhdəsindən belə gəlirdim - Merkel Mertsə məsləhət verir?

613227

Almaniyanın sabiq kansleri Angela Merkel kansler kimi çalışdığı dövrdə fiziki və psixoloji gərginliklərin öhdəsindən gəlməyə ona mütaliənin və şəhərdən kənara səfərlərin kömək etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Focus" nəşrinə müsahibəsində danışıb.
 

"Mən kifayət qədər dözümlü insanam. Lakin həmişə diqqət edirdim ki, asudə vaxtım olsun və nəsə oxuya bilim. Şənbə günləri demək olar ki, heç vaxt evdən çıxmazdım", – deyə sabiq kansler qeyd edib.


Merkel xatırlayır ki, boş vaxtlarında Berlin yaxınlığında, Brandenburq federal torpağında yerləşən Ukkermark bölgəsinə gedirmiş. Onun bağ evi məhz orada yerləşir.

Keçmiş kansler həmçinin bağçılıqla maraqlandığını da bildirib. O etiraf edib ki, bu sahə onda həmişə yaxşı alınmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin