Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

Hazırda oxunan: Tramp və Si Cinpinin görüşündə İRAN DETALI – Pekin Tehrana dəstəyini dayandırır? – ÖZƏL

613094

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpin ilə danışıqların əvvəlində iki ölkə arasındakı münasibətlərdə bəzən çətinliklərin yarandığını, lakin onların qısa zamanda həll olunduğunu etiraf edib.

Hər iki ölkənin lideri əməkdaşlıqda maraqlı olduqlarını, münaqişənin isə həm Çin, həm də ABŞ-a zərər verəcəyini bildirib.

Danışıqların müsbət məcrada keçməsi isə İranla bağlı mümkün razılaşmaların əldə olunmasını da gündəmə gətirib.

İki ölkə arasında müsbət münasibətlər ABŞ-ın İrana qarşı hücumlarını dayanadıracaqmı

Mövzu ilə bağlı Bizim.Media-ya danışan analitik Saleh Kamrani qeyd edib ki, İranın yeni şərtləri ortaya qoyması əslində daha radikal bir yanaşmadır və qəbul oluna biləcək şərt deyil. Lakin Çin-ABŞ danışıqları bu istiqamətdə müsbət irəlləyişə səbəb ola bilər:

“Çin məsələsinə gəlincə isə, əlbəttə ki, Hörmüz boğazının bağlanması Çin iqtisadiyyatına ciddi təsir göstərir. Çin İran neftini ən çox alan, hətta demək olar ki, əsas müştəridir və Çin iqtisadiyyatının İran neftinə ciddi ehtiyacı var. Digər tərəfdən, qaz və neft axınının zəifləməsi və ya dayanması dünya enerji bazarında ciddi problemlər yarada bilər. Bu vəziyyət Çin iqtisadiyyatına böyük təzyiq göstərir, alıcılıq qabiliyyətini zəiflədir. Çin iqtisadiyyatı əsasən kredit və istehsal sistemi üzərində qurulduğu üçün enerji böhranı Pekin üçün əlavə risklər yaradır”.

Çin yalnız İran məsələsini deyil, digər iqtisadi tərəfdaşlarını və beynəlxalq bazardakı maraqlarını da nəzərə almağa məcburdur:

“Bu baxımdan Donald Tramp da öz maraqlarını nəzərə alaraq Çinə müəyyən təzyiqlər göstərməyə çalışır ki, Pekin İran məsələsində daha məsafəli mövqe sərgiləsin. Bundan əlavə, son günlərdə İran tərəfinin addımları nəticəsində Çinə aid olduğu deyilən bəzi kəşfiyyat xarakterli gəmilərin də hədəfə alınması məsələsi gündəmə gəlib. Bu isə tədricən həm Çinin, həm də Rusiyanın İrandan müəyyən qədər uzaqlaşmasına səbəb ola bilər”.

Bütün bunları nəzərə aldıqda Tramp administrasiyası çalışacaq ki, Çini İranın yanında dayanmaqdan çəkindirsin və öz şərtlərini Pekinə müəyyən formada qəbul etdirməyə nail olsun. Nəticə etibarilə isə bu proseslər və mövcud gedişat İranın daha çox sıxışmasına və çıxılmaz vəziyyətlə üzləşməsinə gətirib çıxara bilər.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin