Zelenski Ukrayna ordusuna Rusiya ilə bağlı yeni ƏMR VERDİ

Hazırda oxunan: Zelenski Ukrayna ordusuna Rusiya ilə bağlı yeni ƏMR VERDİ

613174

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinə mayın 13-ü və 14-nə keçən gecə Rusiyanın həyata keçirdiyi ən kütləvi hava hücumuna qarşı mümkün cavab variantlarını hazırlamağı tapşırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri Ali Baş Komandanlığın Qərargah iclasının yekunlarına dair "Telegram" kanalında məlumat verib.

"Ukrayna Müdafiə Qüvvələrinə və xüsusi xidmət orqanlarına Rusiyanın bu zərbəsinə qarşı mümkün cavab formatlarımızı təklif etməyi tapşırdım", – deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, hava hücumundan müdafiə üçün raketlərin tapılması istiqamətində bu gün qarşıda duran vəzifələri ukraynalı diplomatlarla ətraflı müzakirə edəcək.

"Hər kəs antiballistik sistemlərə və onlar üçün nəzərdə tutulan raketlərə diqqət yetirməlidir. Bu, bir nömrəli prioritetdir”, – deyə Zelenski əlavə edib.

Prezident xatırladıb ki, 13-14 may tarixlərində baş verən kütləvi hücumlar zamanı Rusiya ümumilikdə 1567 dron və 56 müxtəlif tipli raketdən istifadə edib. Ölkə ərazisinə atılan dronların 94, raketlərin isə 73 faizi zərəsizləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin