İran millisi dünya çempionatını buraxa bilər

Hazırda oxunan: İran millisi dünya çempionatını buraxa bilər

613229

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının baş tutmaya biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Səbəb ABŞ vizalarının alınması prosesinin uzanmasıdır. Belə ki, komandanın heç bir üzvünə giriş icazəsi verilməyib.
 

Mehdi Tac mövcud vəziyyətdən narahatlığını ifadə edib və yaxın günlərdə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb.


Danışıqlar zamanı o, viza məsələsinin tez bir zamanda həlli üçün aydın zəmanətlər tələb etmək niyyətindədir. Problem həll olunmazsa, İranın turnirdə iştirakı baş tutmaya bilər.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Hər üç oyunun ABŞ-da keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin