İraq parlamenti ölkənin yeni hökumətinə etimadını bildirib və Baş nazir Əli Əz-Zeydi tərəfindən təqdim edilən iş planını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.
Agentliyin xəbərinə görə, yenilənmiş kabinetdə yalnız iki nazir portfelini qoruyub saxlayıb: əvvəllər prezidentliyə namizədliyini irəli sürmüş xarici işlər naziri Fuad Hüseyn və ədliyyə naziri Xalid Şvani.
Müdafiə, mədəniyyət, əmək və sosial inkişaf və miqrasiya naziri vəzifələrinə namizədlər üçün səsvermə keçirilməyib. Buna görə də, parlament iclasından sonra 23 nazir vəzifəsindən 9-u boş qalıb.
Qeyd edək ki, İraqda parlement seçkiləri 2025-ci ilin sonunda keçirilib.
Bizim.Media



































































































