Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, Hafiz Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Röyal İbrahimovu vurub.
Nəticədə 14 yaşlı piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu






































































































